Sudan–Türkiyə münasibətləri
Türkiyə–Sudan münasibətləri — Türkiyə Respublikası ilə Sudan arasındakı ikitərəfli diplomatik münasibətlər. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu, Qaçqınlar üzrə Ali Komissarlıq və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir.
Osmanlının Sudanı fəthi 1821-ci ildə başlayır. Sudan ərazisi əyalat olaraq Misirin bir hissəsi, daha sonra isə Misir xədivliyinin bir hissəsi olur.
Türkiyə Sudanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri idi. Xartumdakı Türkiyə səfirliyi, Sudan müstəqillik qazandıqdan dərhal sonra, 1956-cı ildə açılır.
2017-ci ilin dekabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanı ziyarət edir. Bu Sudan müstəqillik əldə etdikdən sonra Türkiyə başçısının Sudana ilk səfəri olur. Səfər zamanı Suakin adasının 99 il müddətinə Türkiyəyə verilməsinə dair bir razılaşma da daxil olmaqla bir neçə mühüm sənəd imzalanır.